Bakıda yaşayış binasında yanğın: Nazirlik məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən ynağınla bağlı məlumat yayıb.

FHN-dən verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində, şaxtada 3 m² sahədə dolab yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu