Bir erməni əsgəri öldü, digəri qaçdı

Ötən gün cəbhənin şimal istiqamətində yerləşən erməni hərbi hissələrinin birində əsgər ölüb.

Bu barədə erməni mətbuatı məlumat yayıb. Ölən əsgərin 1980-ci ildə anadan olmuş müqavilə ilə xidmət edən əsgər Artur Martuni Nalbəndyan olduğu qeyd edilib.

Erməni əsgərin bədbəxt hadisə nəticəsində öldüyü bildirilib.

Digər bir məlumata görə isə başqa bir hərbi hissədə erməni əsgər Ş.S.A. (adı gizli saxlanılır) işgəncəyə məruz qaldığına görə hərbi hissədən qaçıb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qaçan əsgərin genişmiqyaslı axtarışlardan sonra tapılaraq həbs edildiyi qeyd edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu