Şəkidə əqli qüsurlu azyaşlı itkin düşdü - FOTO

Şəki şəhər sakini 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-ü səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Sherg.az-ın xəbərinə görə, o, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, azyaşlının əqli qüsuru da var.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu