Məntəqəyə girən seçicinin telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur

"Sosial şəbəkələr cəmiyyətimizin ayrlmaz bir hissəsinə çevrilib. Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən seminar-müşavirədə deyib. Onun sözlərinə görə, dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur.

M.Pənahov vurğulayıb ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Biz dairə seçki komissiyasının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyusluq yaradır. Çünki keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı ortaya çıxır. Buna görə də vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu