Bu dairələrdə “qaranquş namizədlər” üçün şans yoxdur - AKTUAL

“Seçkinin nəticələri həm də namizədin maliyyə imkanlarından çox asılıdır”.

Sherg.az-ın xəbərinə görə, bu barədə tanınmış jurnalist, “Azpost.info” az saytının baş redaktoru Xəqani Safaroğlu deyib. 

Baş redaktor bildirib ki, çoxları “namizəd buketi”nin çoxluğundan gileylənsələr də, ictimai-siyasi fəal insanların çox olması yaxşı haldır: 

“Mən bir incə məqama diqqət vermək istərdim. Azərbaycanda seçkilər majoritar qaydada keçirilir. Bu isə namizəddən çox ciddi iş aparmağı tələb edir. Yaşadığı, tanıdığı dairə ilə sıx bağlı olan namizədin uğuru daha çox olur. Bu dairələrdə “qaranquş namizədlər” üçün şans yoxdur. Müəyyən ictimai-siyasi “baqajı” olan, yaşadığı rayonda, şəhərdə nufuzu və hörməti olan şəxsin bu sistemlə yaxşı kampaniya apara bilər. 



Xəqani Səfəroğlu: “Pulu olmayan namizədlərin azsaylı donorlarının olması çox vacibdir”


Pulu olmayan namizədlərin azsaylı donorlarının olması çox vacibdir. Düzdür, bu, namizədin seçiləcəyi təqdirdə onu həmin donordan müəyyən qədər asılı hala salır, amma başqa yol da qoymur. Majoritar sistemin problemi nədir? Seçicilər çox vaxt bülletendə şəxsi əlaqəsi olan və ya təbliğat nəticəsində tanınan iki lider namizəddən birinə səs verirlər. Pulu olmayan, təbliğat resursu zəif, amma deputat olmaq üçün daha çox haqqı çatan kənarda qala bilir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu