Lənkəranda veteranın evi adaya, həyəti gölə döndü - FOTO

Lənkəranın Balağa Mirsalayev küçəsinin sakini, döngə 2, ev 7 ünvanında yaşayan Əfqanıstan müharibəsi veteranı İlham Soltan oğlu Kazımovun həyəti yağış suları içində gölə çevrilib.

Bu barədə Axar.az-a İlham Kazımovun özü məlumat verib.

“Gölməcə yaranmasının səbəbi nə leysan, nə də hər hansı təbii fəlakətdir. Evimizin yaxınlığından keçən kanalların qarşısını qonşular tutub. İki gün adi yağış yağanda da evimi su basır. Bu günə qədər heç kim maraqlanmırdı. Bu gün səhər Lənkəran rayon İcra Hakimiyyətindən nümayəndələr gəldi, lakin heç evə gəlib baxmadılar. Guya kanalın təmizlənməsi istiqamətində işlər görürlər. Amma hələ ki, xəbər yoxdur. Mənim evim qəzalı vəziyyətdədir. Ailəmlə birlikdə qorxu içində yaşayırıq”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Lənkəran rayon icra başçısının köməkçisi Elnur Hüseynov bildirib ki, hazırda icra nümayəndələri sözügedən ərazidədir:

“Sözügedən məsələ nəzarətimizdədir, hazırda nümayəndələrimiz oradadır. Məsələ araşdırılacaq və problemin həlli istiqamətində işlər görüləcək. Gün sonuna qədər bununla bağlı açıqlamamız da olacaq”.






Paylaş

Bizi Facebookda izləyin
menu
menu