Kananyan: "Erməni oliqarxlar Kəlbəcər və Laçını məhv edir"

Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan erməni politoloq Aleksandr Kananyan Tərtərçay üzərində tikilən kiçik hidroelektrik stansiyanın tikintisinin dayandırılması tələb ilə aclıq aksiyası elan edib.

Axar.az xəbər verir ki, Kananyan çay üzərində artıq dördüncü stansiyanın tikildiyini və bunun ekologiyaya zərər vurduğunu bildirib.

“İmperativ sferaların inkişafı yerinə Qarabağın oliqarxları onlarla kiçik hidroelektrik stansiya tikirlər. 160 kilometr uzunluqda olan Qarabağın əsas çayı artıq boru kəmərləri ilə axır. Onlarla kvadrat kilometr ərazi sudan məhrum qalıb. Bəzi oliqarxların acgözlüyü ucbatından Kəlbəcər və Laçın rayonları normal inkişaf perspektivlərindən, tam məskunlaşmadan məhrum olub”, – deyə o söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu