Məzahir Pənahov: "İndiyə qədər MSK-ya 32 şikayət daxil olub"

Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 32 müraciət daxil olub.

Secki-2020.az saytının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, ötən ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisədə xeyli azalıb:

“Hesab edirəm ki, Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq. İndiyə qədər müqayisə olunmayan nəticə əldə olunub. Yəni, bütün tərəflərdən MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbirlər nəticəsində əldə edilib”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu