Şəhid bulağı niyə bu vəziyyətdədir?

Mingəçevir şəhər 20 Yanvar küçəsində şəhid bulağının baxımsız vəziyyətdə olması ilə bağlı məsələni nəzarətə götürmüşük.

Bunu iki şəhidin adını daşıyan bulağa etinasız yanaşılması barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirən Mingəçevir şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Azər Hacıyev Axar.az-a açıqlamasında deyib. O bildirib ki, sakinlər bununla bağlı rəsmi müraciət etməyib:

“Sakinlərin İcra Hakimiyyətinə müraciət etməsi və cavabsız qalması barədə mətbuatda məlumat yayıblar. Amma onların rəsmi müraciəti İcra Hakimiyyətinə daxil olmayıb. Əgər rəsmi müraciət olsaydı, məsələyə çoxdan baxılardı. Hazırda icra başçısı və icranın nümayəndələri səyyar qəbuldadır. Döndükləri zaman aidiyyəti şöbəyə bu barədə məlumat verəcəyəm. Problemin həlli üçün lazım olan işlər görüləcək”.

Qeyd edək ki, Unikal.org saytı Mingəçevir şəhər 20 Yanvar küçəsində iki şəhidin adını daşıyan bulağın bərbad vəziyyətdə olması və İcra Hakimiyyətinin sakinlərin bununla bağlı müraciətini cavabsız qoyması barədə məlumat yayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu