Musa Qasımlı: “Xarici şirkətlərin marağı daha da artacaq və sərmayələr qoyuluşu çoxalacaq”

“Cənab Prezidentin Davos Beynəlxalq İqtisadi Forumda iştirakı ölkəmiz üçün böyük əhəmiyyət daşıyır”.

Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, bu forumda dünyanın aparıcı dövlət və ölkələrinin, transmilli korporasiyaların rəhbərləri iştirak edirlər:

“Forumun adı iqtisadi adlansa da, əslində bütün dünya siyasətinin təməlində iqtisadi, geoiqtisadi məsələlər dayanır. Məğrur siyasətin yürüdülməsinə təsir edən amillərdən biri də məhz iqtisadi amillərdir. Dünyanın gedişatını bir çox hallarda iqtisadçılar müəyyənləşdirirlər. Transmilli korporasiyalar və bir çox ölkələr bu işdə mühüm rol oynayırlar.  Ona görə də cənab Prezidentin bu forumda iştirakı həm çoxtərəfli formatda, həm də forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi baxımdan əhəmiyyətlidir. Məhz həmin görüşlərdən sonra ölkəmizə xarici şirkətlərin marağı daha da artacaq və sərmayələr qoyuluşu çoxalacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu