Avropa İttifaqı ilə saziş: Azərbaycan üçün əhəmiyyətli dövr başlayır - ŞƏRH

“Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasun “tərəflər arasında saziş imzalanması mərhələsindəyik” - deməsi ölkəmiz üçün əhəmiyyətli bir dövrün başlanması anlamına gəlir”. 

Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.

Analitikin sözlərinə görə, uzun müddətdir Aİ ilə Azərbaycan arasında sazişin imzalanması təxirə salınırdı: 

“Xeyli vaxtdır müqavilənin şərtlərində bizi qane etməyən maddələrin çıxarılması və Azərbaycan üçün xüsusi saziş formasının hazırlanması istiqamətində iş aparılırdı. İndiki bəyanatdan görünür ki, artıq tərəflər sazişin imzalanmasına hazırdırlar. Sözün doğrusu, Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanması daha çox müstəqilliyimizi həzm etmək istəməyən qüvvələri narahat edirdi. Hətta deyərdim ki, bu istiqamətdə ölkəmizdəki 5-ci kolonun qüvvəsindən yararlanmağa da çalışırdılar. Həm xaricdə, həm də daxildə olan anti-Azərbaycan qüvvələri tez-tez bizim Avropaya inteqrasiyamızın mümkünsüz olduğunu deməklə məntiqsiz və əsası olmayan bəhanələr gətirirdilər. Hətta Azərbaycanda başladılan islahatlardan öncə daha aqressiv münasibər var idi”. 



Vasif Əfəndiyev: “Bəyanatdan görünür ki, artıq tərəflər sazişin imzalanmasına hazırdırlar”


Partiya rəsmisinin sözlərinə görə, bir faktı unutmamaq lazımdır ki, ölkəmizin Avopaya inteqrasiya kursu ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: 

“Neft kontraktlarının imzalanmasından tutmuş hərbi əməkdaşlıqlara və iqtisadi bağların yaradılmasına qədər siyasi kursun başlanğıcı məhz Heydər Əliyev tərəfindən müəyyən edilib. Tarix sübut etdi ki, bu ən doğru seçimdir. Azərbaycanın yeganə inkişaf yolu Avropaya inteqrasiyadan keçir. Bu yaxınlarda Avropa Parlamentinin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və sərhədlərin toxunmazlığını ifadə edən qətnamsi Aİ ilə əməkdaşlığa stimul verdi”.

Qeyd edək ki, Avropa İttifaqı və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması üzrə danışıqlar yekun mərhələdədir. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. O bildirib ki, bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə qədəm qoyacaq.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu