Gömrükçülər xeyli miqdarda siqaret aşkarladı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə rentgen aparatı ilə keçirilən gömrük baxışı zaman şübhəli cizgilər müşahidə olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, yoxlama nəticəsində əl çantasında olan ərzaq məhsullarının arasında gömrük nəzarətinə bəyan olunmayan 1000 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu