Təbriz-Culfa reysi ilə bağlı rəsmi açıqlama verildi

Bu gün bəzi elektron KİV-lərdə İranın Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı informasiyalar yayılıb. 

"Azərbaycan Dəmir Yolları" QSC-dən isə bildirilib ki, xəbərdə qeyd olunanlar həqiqəti əks etdirmir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumatda deyilir:

"İran Dəmir Yolları İdarəsindən yerli mətbuata verilən məlumata görə, İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa (İranın Culfa şəhəri) və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib. Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu