Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi

Amerikalıları öldürəcəyi təqdirdə Vaşinqton İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin yeni komandiri, general İsmail Kaanini də aradan götürəcək.

Gazeta.ru-nun məlumatına görə, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk “Asharq Al-Awsat”a müsahibəsində bildirib.

“Kaani amerikalıları öldürməyə davam edəcəyi təqdirdə eyni aqibət onu da gözləyir”, - deyə Huk bəyan edib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın amerikalı əsgərləri öldürməsindən sonra general Qasım Süleymaninin zərərsizləşdirilməsi barədə əmr vermişdi.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu