Deputatlığa namizəd təşviqat kampaniyasını davam etdirir - VİDEO

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İsmayıl Yusifov təşviqat kampaniyasını davam etdirir. 

O, seçki dairəsinə düşən ərazilərdə insanlarla görüşüb, problemləri dinləməklə yanaşı seçiciləri fevralın 9-da məntəqələrə gəlib səs verməyə çağırır. Ev-ev gəzib seçicilərlə görüşən namizədi doğulduğu rayonun əhalisi coşqu ilə qarşılayır, ona səs verəcəklərini bildirirlər. 

Qeyd edək ki, Yusifov İsmayıl Sədulla oğlu 1975-ci ildə İmişli rayonu Qaraqaşlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Unversitetinin Tarix fakultəsində bakalavr və magistr pillələrində təhsil alıb. 2006-cı ildən Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür. Müxtəlif illərdə KXCP-də Ali Məclisin və İdarə Heyətinin üzvü, eyni zamanda sədr müavini olaraq çalışıb.

İ.Yusifovun bu 4-cü dəfə Milli Məclis seçkilərində namizəd olaraq iştirakıdır. 


Paylaş

Bizi Facebookda izləyin
menu
menu