Bakıda taksi sürücüsünə hücum: Boğazına bıçaq dirəyib soydular

Bakının Suraxanı rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq hadisəsi törədilib. Bu haqda Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Yanvarın 22-də 01:45 radələrində Yeni Günəşli qəsəbəsində “Mercedes” markalı avtomobilində taksi xidməti ilə məşğul olan 1989-cu il təvəllüdlü Mehman Zahir oğlu Sadıqov iki sərnişinin hücumuna məruz qalıb. Cinayətkarlar sürücünün boğazına bıçaq dirəyib onun 200 manat pulunu götürərək hadisə yerindən qaçıblar.

Zərərçəkən Suraxanı rayon 33-cü polis bölməsinə şikayət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Bu şəxslərdən biri əvvəllər oğurluq və narkotik maddələrinin saxlanılmasına görə azadlıqdan məhrum edilmiş 1980-ci il təvəllüdlü Nadir Rəhman oğlu Qurbanov, digəri isə 1966-cı il doğumlu İlham Habil oğlu Rüstəmzadədir. 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu