Türkiyədə zəlzələlər davam edir: Üç nəfər özünü eyvandan atdı

Türkiyədə zəlzələlər davam edir. DHA-nın yaydığı xəbərə görə, dünən yerli vaxtla 22:22-də Manisa şəhərinin Akhisar rayonunda 5,4 bal gücündə, 3 dəqiqə sonra Kırkağac rayonunda  4,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin təkanları Ege və Mərmərə hissəsində də hiss edilib.

Zəlzələ nəticəsində üç nəfər panika ilə pəncərədən və ya eyvandan yerə tullanaraq yaralanıb. Bir nəfər isə ürək narahatlığı ilə xəstəxanaya yerləşdirlib.

Rəsmi məlumata görə, ümumilikdə 212 təkrar seysmik təkan qeydə alınıb.

Bu gün Ankaranın Akyurt rayonunda yerli vaxtla saat 06:42-də yerin 7 kilometr dərinliyində 3,8 bal, 06:54-də isə 13 kilometr dərinlikdə 4,5 bal gücündə zəlzələ baş verib. Ərazidə ümumilikdə 10 təkrar təkan qeyd olunub.

Mütəxəssislər təkanların daha bir neçə gün, hətta bir neçə həftə davam edəcəyini bildiriblər. Zəlzələnin gücünün 6 baladək artacağı gözlənilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu