Pediatr "öpüşərək görüşməyi tərgidin" dedi: VİRUS VAR

 
Çində yayılmış koronavirus yaylma arealını getdikcə genişləndirir. Qardaş Türkiyənin səhiyyə naziri əhaliyə xəbərdarlıq edib və satışda qrip və soyuqdəyməyə qarşı dərman vasitələrinin kifayət qədər olduğunu xatırladıb. Həmçinin nazir qrip əlamətləri hiss edən insanların mütləq şəkildə həkimə müraciət etmələrini vurğulayıb.

Pediatr Vaqif Qarayev sosial şəbəkə üzərindən status paylaşıb. Həkim qeyd edib ki, virus Çinin sərhədlərindən kənara çıxıb, ölüm halları çoxalıb. Artıq ölkəmizin də sərhəd-keçid məntəqələrində əks-epidemioloji tədbirlər gücləndirilib, xüsusi avadanlıqlar quraşdırılıb.
“Qrip” deyib keçməsək yaxşıdı. Uşaqlar, hamilə qadınlar, yaşlı insanlar daha həssasdı bu viruslara. Vaxtında həkimə müraciət edilməsə xoşagəlməz ağırlaşmalar olacaq” söyləyən V.Qarayev həmçinin əhaliyə həkimi evə çağırmağı məsləhət görür: “Evə çağırış etsəniz daha yaxşıdır. Çünki tibb müəssisələrinə kütləvi axın yoluxma hallarına şərait yaradır”. Pediatr xalqımıza məxsus öpüşürərək görüşmək adətindən də heç olmasa müəyyən vaxtadək imtina etməyi məsləhət görür: 
- Bu seçki kampaniyası ilə bağlı yeni trend yaranıb: namizədlər hamı ilə, xüsusilə də yaşlılarla qucaqlaşıb öpüşürlər. Etməyin! Virusa yolux(dur)ma ehtimalı artacaq.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu