Dərsdə donan şagirdlərlə bağlı nazirlikdən - Açıqlama

Füzuli rayonu Bala Bəhmənli kənd orta məktəbində istilik sistemi işləmədiyi üçün şagirdlər soyuq otaqlarda dərs keçirlər.

Axar.az xəbər verir ki, bu barədə sözügedən məktəbin tarix müəllimi Bəşir Əliyev məlumat paylaşıb. O, dərs dediyi 5-ci sinif şagirdlərinin qış gödəkçəsində oturduğu fotonu paylaşaraq problemlə bağlı Təhsil naziri Ceyhun Bayramova müraciət edib:

“Bura Füzuli rayonu Bala Bəhmənli kənd orta məktəbidir, bunlar isə 5-ci sinif şagirdləridir, mənfi 2 dərəcə şaxtada dərs oxumağa çalışırlar. 70 kvadratmetr otağı bir qızdırıcı ilə isitməyə çalışırıq. Xahiş edirik, gələcəyimizi xilas etmək üçün bizə kömək edin”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sözügedən məktəbin əsaslı təmiri nəzərdə tutulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu