Koçaryanın ofisi yerləşən oteldə atışma

Ermənistanın Yerevan şəhərində atışma olub.

“İnterfaks”ın xəbərinə görə, silahlı insident şəhərin mərkəzində yerləşən “Erebuni Plaza” otelində olub.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ofisinin və müxalif “Kanal 5” telekanalının da bu oteldə yerləşdiyi bildirilir.

İlkin məlumata görə, xəsarət alan olmayıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu