Bakıda itkin düşən şəxs qaçaqmalçı olub

Bakıda itkin düşən gəncin axtarışı polisləri sərhədçilərin yanına gətirib çıxarıb. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Xəzər rayonunun 1-ci polis bölməsinə Qala qəsəbə sakini, 37 yaşlı Anar Kərəm oğlu Əhmədovun itkin düşməsi ilə bağlı məlumat daxil olub. 18 yanvar saat 09:00 radələrində o “AzSamand” markalı avtomobili ilə öz həyətindən çıxıb. O vaxtdan bəri qohumları onun haqqında heç bir xəbər almayıblar.

Yanvarın 22-də aparılan araşdırmalar zamanı müstəntiqlər A.Əhmədovun Azərbaycan sərhədçiləri tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bandanın üzvü olmaqda şübhəli bilinərək saxlanıldığını müəyyən ediblər.

A.Əhmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34, 206 (qrup şəklində qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələr və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama) maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı istintaq davam edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu