Amerika qitəsində qanlı qarşıdurmalar yaşanır

Kolumbiyada hökumət əleyhinə etirazlar davam edir. Xarici mətbuat xəbər verir ki, etirazlar və qarşıdurma zamanı 4 nəfər həlak olub, 500-dən çox adamın yaralanıb.

Çevik Polis Qüvvələrinin (ESMAD) etirazçılara qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə etdiyi, aksiyaçıların isə polisə daş və qaz bombaları ilə qarşılıq verdiyi deyilir.

Qeyd edək ki, noyabrın 21-dən etibarən Kolumbiyada hökumət əleyhinə etirazlara start verilib. Etirazçılar pensiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini, ölkədə islahatların aparılmasını və ESMAD-ın ləğvini tələb edirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu