Azərbaycanın ucqar kəndinə yol çəkilir - FOTO

Xınalıq istiqamətində yeni yolun bir hissəsi tikilib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. 

A.Nəcəflinin bildirdiyinə görə, tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.

AAYDA sözçüsü onu da vurğulayıb ki, layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun olaraq 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə də start verilib. Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək.

"Hazırda tikinti işləri dəniz səviyyəsindən 1.4-1.5 km hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır. Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır".





Paylaş

Bizi Facebookda izləyin
menu
menu