Lordlar Palatası Brexit müqaviləsinə dəyişikliklər etdi

Lordlar Palatasında müzakirə olunan Brexit müqaviləsinə üç dəyişiklik edilib və İcmalar Palatasına göndərilib.

Avropa İttifaqı vətəndaşlarının Brexitdən sonrakı hüquqları ilə əlaqədar edilən dəyişikliklərə əsasən, Britaniya Avropa İttifaqını tərk etdikdən sonra qaçqınların müdafiəsini təmin etməli olacaq.

Baş Nazir Boris Conson artıq Brexitin finiş xəttini keçdiyini bildirib.

Müqavilə Kraliçanın razılığından sonra yanvarın 29-da Avropa Parlamentində müzakirəyə çıxarılacaq.

AzərTAc xatırladır ki, Böyük Britaniya 27 üzvü olan bloku yanvarın 31-də saat 23:00-da rəsmi olaraq tərk edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu