İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı

İtaliyanın Turin şəhərində təhsil alan və itkin düşmüş hesab edilən azərbaycanlı tələbə tapılıb.

Bu barədə Oxu.Az-a Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Xatırladaq ki, yanvarın 16-da Əliguşad Xıdırov adlı vətəndaş polisə müraciət edərək bildirib ki, o, İtaliyada yaşayan və təhsil alan 1996-cı il təvəllüdlü oğlu Cavidlə 10 yanvardan sonra telefon əlaqəsi qura bilmir. 

Yanvarın 23-də C.Xıdırov ailəsi ilə telefon əlaqəsi yaradaraq yaxın zamanlarda evində olacağını söyləyib. 

Faktla əlaqədar araşdırılma aparılır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu