Bakı Polisindən məktəbliləri oğurladığı deyilən qadınla bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb.

Bunu Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova  müəyyən olunaraq, polis idarəsinə gətirilib:

“Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. 

Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olununur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan  əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”.






Paylaş

Bizi Facebookda izləyin
menu
menu