Noterdamın yanğından zərər görmüş eksponatlarının sərgisi keçiriləcək

2020-ci ilin yay aylarında parislilər və bu şəhərə səfər edən turistlər Paris-Noterdam kilsəsinin yanğından zərər görmüş sənət əsərləri və dini əşyaları ilə tanış ola biləcəklər. 

Bu barədə “France Bleu” radiostansiyasına Parisin arxiyepiskopu Mişel Opetinin kilsənin bərpası üzrə dövlət komitəsindəki nümayəndəsi, keşiş Jil Druen məlumat verib.

Hazırlıqlarına başlanılan sərgi “Noterdamı yenidən görmək. Məbədin xəzinəsi onun divarlarından kənarda” adlanacaq. 

Ekspozisiyalar məşhur kilsənin yerləşdiyi ərazinin yaxınlığında nümayiş olunacaq. Sərgiyə giriş pulsuz olacaq. Ziyarətə gələn şəxslərin yanğından xəsarət almış məbədin bərpasına ianə toplamaq imkanı olacaq. 

Sərgidə kilsə sənəti nümunəsinin və katolik dininin 150 eksponatı nümayiş etdiriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu