Xırdalanda avtomobil vuran iki məktəblidən XƏBƏR VAR

Təhsil Nazirliyi Abşeronda iki məktəblini maşın vurması ilə bağlı açıqlama yayıb. 

Bununla bağlı Təhsil Nazirliyinin İctimayyətlə Əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov danışıb. 

Onun sözlərinə görə, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərəkən minik avtomobili vurub:

“Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini “Bakı City Hospital”da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu