Dini təhlükə: Bəzi məscidlərdə məzhəbyönlü təbliğat aparılır - SOS

“Azərbaycan tolerantlıq baxımından regionun ən mükəmməl ölkəsi olsa da, zərərli dini təbliğat təhlükəsi hələ də qalmaqdadır”.  Bu barədə Sherg.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib. 

İlahiyyatçı bildirib ki, bir çox missionerlər ölkəmizə ayaq açmaqda maraqlıdır: 

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələdə aktiv fəaliyyət göstərir. Ancaq dini mühitdə zəhərli ideologiyaların qarşısını almaq üçün ənənəvi din təbliğatından və xurafatdan vaz keçmək lazımdır. Çünkü bəzi məscidlərdə üzdə olmasa da, gizli formada məzhəbyönlü təbliğatlar aparılır. Bu cür zərərli təbliğatlar isə müxtəlif radikal qruplaşmaların əmələ gəlməsinə gətirib çıxarır. 



Rəşad Məmmədov: “Hesab edirəm ki, təkcə radikal yönlü deyil, ümumiyyətlə, ənənəvi din və xurafatyönlü kitabların nəşrinin və yayılmasının qarşısı alınmalıdır”


Reallıq odur ki, Dini Komitənin icazəsi ilə çap olunan dini ədəbiyyatların böyük faizi ənənəvi dini təbliğ edən kitablardır. Hesab edirəm ki, təkcə radikal yönlü deyil, ümumiyyətlə, ənənəvi din və xurafatyönlü kitabların nəşrinin və yayılmasının qarşısı alınmalıdır”.

Qeyd edək ki, ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Komitənin şöbə müdiri Cahandar Əlifzadə deyib ki, O bildirib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılaraq onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb. Şöbə müdirinin sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Komitəyə göndərilən 721 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq onlardan 95-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu