Lukaşenko: "Bunu etsəm, belaruslular məni “yeyərlər”

Belarusun suverenliyinin Rusiyaya “qarışma”sına icazə verə bilmərəm, əks halda, qərarın qəbulundan sonra bir il ərzində belaruslular məni “yeyərlər”.

Bu barədə “RİA Novosti” yazıb.

“Bizim öz ölkəmiz var, suveren və müstəqilik. Biz öz əllərimiz və beynimizlə nə bacarırıqsa qazandıq, öz ölkəmizi qururuq. Biz heç bir ölkənin tərkib hissəsi ola bilmərik. Mən sizi sata və hətta qardaş Rusiya da olsa belə, Belarusun “qarışma”sına icazə verə bilmərəm”, - deyə Lukaşenko bildirib.

Lukaşenko, həmçinin, Rusiya Prezidenti Vladimir Putinlə iki il əvvəl görüşü zamanı da bu cür addımı Belarusda heç kimin ata bilməyəcəyini qeyd etdiyini söyləyib.

“Əgər hətta mən bu addımı atsam da, bu cür qərarın qəbulundan sonra bir il ərzində belaruslular məni “yeyərlər”. Birinci prezident olmaq şərəflidir, lakin sonuncu olmaq istəmirəm, - deyə Lukaşenko vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu