Zəlimxan Məmmədli seçiciləri ilə yallı getdi  


Parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən namizəd olmuş “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli təbliğat kampaniyası çərçivəsində seçiciləri ilə yallı gedib.

Musiqiçilərin dəvət olunduğu görüşdə namizədlə seçicilər müxtəlif oyun havalarının sədaları altında birgə rəqs ediblər. Görüntüləri əks etdirən video-materialı deputatlığa namizədin özü Feysbuk səhifəsində paylaşıb. 
“Gəcələk gözəl olacaq, memarı millət olacaq” şüarı ilə paylaşım edən Z.Məmmədli ciddi islahatlar idealı ilə seçki marafonuna qatıldığını yazıb: 

“Namizəd olaraq millətlə yallı getdik. Gələcəyi bu cür gözəl edəcəyik. Ulu millətimiz gec-tez birlik, bərabərlik yallısını gedəcək, vahid və demokratik Azərbaycanı quracaq. Ruhum rahatdı, millət də islahat arzulayır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu