Lavrov “şad xəbər” verdi: Suriya bu əraziləri ələ keçirdi

Suriya ordusu Türkiyə və İraq sərhədinin böyük hissəsində nəzarəti yenidən ələ alıb.

Axar.az xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersenlə görüşdən əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, İdlib və Suriyanın şimal-şərqinin terrorçulardan təmizlənməsi üçün işlər davam etdirilir:

“Bölgədə vəziyyət yaxşıya doğru gedir. Terrorçuların nəzarətindəki sahələr getdikcə azalır. Suriya hökuməti Türkiyə və İraq sərhədinin böyük hissəsində nəzarəti yenidən öz əllərinə alıb”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu