Sosial evlərin kirayəsi: Müraciətlərin qəbuluna başlanılıb

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, Bakıda satmaq öhdəliyi ilə kirayə veriləcək mənzillərin aylıq kirayə haqqı 411 manat, Xırdalanda 333 manat, Sumqayıtda isə 297 manatdan başlayır.

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil almaq hüququ olan vətəndaşlardan elektron müraciətlərin qəbulu 22 yanvar 2020-ci ildə başlayıb. Fonddan verilən məlumata görə, ilkin mərhələdə kirayəyə 331 mənzil təklif ediləcək.

Bakıda satmaq öhdəliyi ilə kirayə veriləcək mənzillərin aylıq kirayə haqqı 411 manat, Xırdalanda 333 manat, Sumqayıtda isə 297 manatdan başlayır. Qeyd edək ki, ilkin mərhələdə Sumqayıtın Sülh küçəsindəki 7 mərtəbəli binada 25, Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllədəki 16 mərtəbəli binada 58, Bakının Xətai rayonu, Gəncə prospektindəki 20 mərtəbəli binada 40, Nizami rayonu, M.Abbasov küçəsindəki 16 mərtəbəli binada isə 208 mənzil kirayəyə veriləcək. 

İlkin mərhələdə vətəndaşlara təklif edilən kirayə mənzillərlə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu