Koronavirusa görə Çin 6 günə xəstəxana tikəcək

Çində koronavirusa yoluxanların karantin rejimində saxlanılması üçün ayrıca xəstəxana tikintisi planlaşdırılır.

Axar.az xəbər verir ki, Çin mətbuatı 1000 yerlik prefabrik (asan quraşdırılan) xəstəxananın 6 gün ərzində istifadəyə verilməsi üçün işlər görüldüyünü yazıb.

Xəbərdə mövcud vəziyyətlə əlaqədar Çində 14 nəfərlik ekspert qrupunun yaradıldığı qeyd edilib.

Qeyd edək ki, bu vaxta qədər koronavirusdan 25 nəfər ölüb. Sonuncu yayılan məlumata görə ümumilikdə 882 nəfər bu virusa yoluxub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu