Zaxarova: "Bizə başqaları necə yaşamalı, necə dəyişməli olduğumuzu öyrətmək istəyir"

"Mədəniyyətlərarası dialoq - bu, ilk növbədə bir-birinə qarşı olan hörmət və toqquşma nöqtələrinin axtarılmasıdır. Hətta biz xalqlar və ölkələr olaraq fərqli olsaq da, mədəniyyəti bu istiqamətdə inkişaf etdirmək lazımdır".

Bu sözləri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mədəniyyətlər arasında dialoqa həsr olunmuş forumda çıxış edərkən deyib.

O, daha sonra qeyd edib ki, ortaq dəyərlərin tapılmasında mədəniyyətlərarası dialoqun rolu böyükdür.

"Rusiya və Azərbaycan tez-tez belə vəziyyətlə rastlaşır ki, bizə başqaları necə yaşamalı, necə dəyişməli olduğumuzu, kimlərlə dostluq etməli olduğumuzu öyrətmək istəyir. Adətləri qoruyub saxlamaq bacarığı, ortaq dəyərlərin tapılması mədəniyyətlərarası dialoqdur".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu