Türkiyədə güclü zəlzələ olub - YENİLƏNİB



Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İidarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada şəhirlərində hiss edilib.

****


22:10

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücünd zəlzələ olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib. 

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.

Tələfat barədə hələlik məlumat verilməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu