ABŞ-a  2,5 ton kokain göndərib - Sabiq futbolçu məhkəmə önünə çıxır



Kolumbiya millisinin sabiq futbolçusu Con Viafaranı ağır həbs cəzası gözləyir.

Apasport.az saytının məlumatına görə, keçmiş idmançı ABŞ-da məhkəmə qarşısına çıxacaq.

O, “Cal del Golfo” narkotik kartelinin üzvü olduğu üçün saxlanılıb. Viafara əlbir olduğu şəxslərdə ABŞ-a 25 milyon dollar dəyərində 2,5 ton kokain göndərib. 


Şimali Amerika ölkəsində onun həbsi üçün order verilib. Hələ ötən il vətənində həbs olunan futbol veteranı bugünlərdə təyyarə ilə ABŞ-a göndərilib. Onun məhkəməsi Texas ştatında olacaq.

Qeyd edək ki, Avropada “Portsmut”, “Sauthempton” (hər ikisi İngiltərə), “Real-Sosyedad” (İspaniya) klublarında forma geyinmiş Viafara yığmada 43 oyun keçirib, 1 qol vurub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu