Mariya Zaxarova: “Rusiya və Azərbaycanı necə yaşamaq lazım olduğuna öyrətməyə çalışırlar”



“Mədəniyyətlərin dialoqu mədəniyyətlərin və adət-ənənələrin kənardan məcburi yeridilmədiyi, nəyin doğru, nəyin yanlış olduğunun zorla qəbul elətdirilmədiyi zaman olur”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda Bakıda keçirilən "dəyirmi masa"da deyib.

“Mədəniyyətlərin dialoqu bir-birinə hörmət və millət, ölkə olaraq fərqli olsaq da, ortaq fikir axtarışıdır. Mədəniyyətin bu tərəfini inkişaf etdirməliyik. Həm Rusiya, həm də Azərbaycan başqalarının sonsuz sayda məsləhətlər verdikləri, necə yaşamalı, nəyi dəyişməli, keçmişdən nəyi saxlamalı, kimlə ünsiyyət qurmalı və dostluq etməli olduğumuzu sırımağa çalışdığı vəziyyətlə qarşılaşır. Ənənələri qoruyaraq ortaq dəyərlər tapmaq – bax, budur mədəniyyətlərin dialoqu”, - o bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu