Sərnişin təyyarəsi təcili eniş etdi: Bomba həyəcanı

“Latam Airlines” aviaşirkətinin Lima-Hulyaka reysini həyata keçirən təyyarəsi göyərtəsində  bomba olması xəbərdarlığından sonra  Perunun Pisko şəhərinin hava limanında təcili eniş edib. 

Bu barədə ölkənin Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, təcili eniş etmək barədə qərarı hava gəmisinin kapitanı təlimata müvafiq olaraq verib.

Təyyarənin uğurla eniş etdiyi və göyərtəsindəki 118 sərnişinin hava limanının binasına aparıldığı bildirilir.

Mütəxəssislər hazırda təyyarədə partlayıcı qurğunu axtardıqları üçün Pisko aeroportu müvəqqəti bağlanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu