Bakıda itkin düşən qadın Gürcüstanda tapıldı

Yanvarın 21-də Suraxanı rayonunda 28 yaşlı qadın itkin düşüb.

Oxu.Az xəbər verir ki, rayonun Bülbülə qəsəbəsi, Sabir küçəsində yaşayan 1992-ci il təvəllüdlü S.Məcidova evdən çıxıb və qayıtmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına onun ailə üzvləri tərəfindən məlumat verilib.

Məlumat əsasında, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, S.Məcidova Gürcüstana gedib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu