Zəlzələdən beş saat sonra 12 yaşlı uşaq xilas edildi

Ötən gecə Türkiyənin Elazığ vilayətində baş vermis 6.8 bal gücündəki zəlzələ nəticəsində dağılan dörd mərtəbəli binanın dağıntıları altından 12 yaşlı uşaq beş saat sonra xilas edilib.

Bu barədə “HaberGlobal” informasiya yayıb.

Sürsürü məhəlləsindəki 28 mənzilli binadan ilkin mərhələdə 14 yaralı xilas edilib. Aparılan axtarışlar nəticəsində dağıntılar altında, həmçinin, 12 yaşlı uşağın qaldığı müəyyən edilib.

Üzərinə qapı düşdüyü üçün dağıntılar altında sıxışıb qalan uşaq xilasedicilərin gərgin səyləri nəticəsində xilas edilib. Zəlzələdən beş saat sonra xilas edilən uşaq yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, dünən Türkiyənin Elazığ və Malatya vilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sır ayaşayış binası uçub. Dağıntılar altından qalan insanların çıxarılması davam etdirilir.

Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu