Bakıda avtobus qəzasında yaralananların adları açıqlandı - SİYAHI

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. 

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Report-a bildirib ki, bu gün saat 7:00 radələrində Zabrat Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə qarşısında hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətində dayanmış Quliyev Əbil Zabil oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10-MR-819 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Kərimova Aytən Əfələddin qızı, 1996-cı il təvəllüdlü Məmmədova Fidan Rasim qızı, 1961-ci il təvəllüdlü Balakişiyeva Mühbarə Cuma qızı, 1993-cü il təvəllüdlü Məmmədov Əli Rasim oğlu, 1996-cı il təvəllüdlü Həsənov Elşən Məmməd oğlu və 1991-ci il təvəllüdlü Rüstəmzadə Murad İlqar oğlu yüngül dərəcəli xəsarətlər alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub. Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb.

Hadisə ilə bağlı TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, qəzada ölən olmayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan beşi kişi, ikisi qadın olmaqla, yeddi nəfərə isə 3 saylı Şəhər Xəstəxanasında ambulator yardım göstərilərək evə buraxılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu