Ölümcül virusu müalicə edən həkim öldü - FOTO

Çində ölümcül virusa yoluxan xəstələri müalicə edən həkim ölüb. Bu, təhlükəli virusu müalicə edən ilk həkim ölümü olaraq qeydə alınıb.

“Paper”in məlumatına görə, bu, 62 yaşlı otolarinqoloq Lyan Udundur.

Uxan şəhərində Çin və Avropa Tibb Xəstəxanasının otolarinqologiya şöbəsində işləyən L.Udunda koronavirusa yoluxması ilə bağlı ilk simptomlar yanvarın 16-da müşahidə edilib. Yanvarın 18-də o, “Tszinintan” xəstəxanaçsına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq o, yanvarın 25-də dünyasını dəyişib.

“South China Morning Post” qəzeti bundan əvvəl vəziyyətlə yaxından tanış olan anonim mənbələrə istinadla bildirmişdi ki, virusa yoluxan tibb işçilərinin sayı rəsmi göstərilənlərdən çoxdur.

“Uxanda iri xəstəxanalarının demək olar ki, hər birində yoluxmuş tibb işçisi var, onların sayı 15-dən artıqdır”, - deyə mənbə bildirib.

Həkimlərdən biri qeyd etdi ki, tibb işçilərinin yoluxmasının səbəblərindən biri yeni bir növ koronavirusa yoluxanların digər xəstələrdən dərhal təcrid olunmamalarıdır.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu