Bakıda it dişləyən dördüncü sinif şagirdi öldü

Bakıda azyaşlı it dişləməsindən sonra vəfat edib.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Belə ki, dördüncü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.

Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün ölüb.

Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu