Rəsmi Bakı qardaş ölkəyə başsağlığı verdi

Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ötən gün Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə verdiyi başsağlığında deyilir.

"Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır", - başsağlığında qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu