Ermənistanda böhran: Daxili savaş kuliminasiya mərhələsindədir

Serj Sarkisyan və Vitali Balasanyan Paşinyana qarşı siyasi cəbhə formalaşdırıb



“Ermənistanda Paşinyana qarşı siyasi ittifaq qurulur”. Bu barədə “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Düşmən tərəfdəki siyasi prosesləri dəyərləndirən ekspert bildirib ki, gələn ay Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "parlament və prezident seçkiləri" keçiriləcək. Lakin bu “seçkilərin” heç bir hüquqi əsası yoxdur: 

“Ermənistan bu qondarma qurumu müstəqil tərəf kimi tanıtmağa nail ola bilməyəcək. Qarabağda keçiriləcək qondarma seçkilər Ermənistanın daxili siyasətinə ciddi təsir edir. Bu seçkilər əsasən, “Qarabağ klanı” və Paşinyan arasında savaşın kuliminasiya mərhələsi olacaq. Serj Sarkisyan və Vitali Balasanyan Paşinyana qarşı siyasi cəbhə formalaşdırıb. Onlar növbəti mərhələdə hakimiyyəti əldə saxlamağa cəhd edəcəklər. Həbsdə olan Robert Koçaryan da öz məsləhəti ilə prosesə dəstək verir və Qarabağda Balasanyanın qələbə çalmasında maraqlıdır. "Çiçəklənən Ermənistan" Partiyasının sədri Sarukyan və sabiq Milli təhlükəsizlik naziri Vanetsyan Paşinyana qarşı siyasi ittifaqda birləşir. Vanetsyan birbaşa Kremlin adamıdır və bu ittifaqa eks-baş nazir biznesmen Karen Karapetyanın da qoşulacağı gözlənilir. Göründüyü kimi, Paşinyana qarşı ciddi ittifaq qurulur və onun üçün 2020-ci ilin böhranlı keçməsi gözlənilir”.



Onlar növbəti mərhələdə hakimiyyəti əldə saxlamağa cəhd edəcəklər. Həbsdə olan Robert Koçaryan da öz məsləhəti ilə prosesə dəstək verir


Analitik bildirib ki, əgər Paşinyan Qarabağda qondarma seçkilərdə öz adamını rəhbərliyə gətirə bilməsə, “Qarabağ klanı” daha da güclənəcək: 

“Ermənistan daxilində Paşinyana qarşı siyasi cəbhəni inkişaf etdirəcək və onun devrilməsi istiqamətində işlər aparacaq. “Qarabağ klanı”nın Paşinyanın düşməni Vanetsyan-Sarukyan bloku ilə birləşməsi də baş verə bilər. Bu onu göstərir ki, bu il də Ermənistan daxilində baş verəcək siyasi qarşıdurma növbəti dəfə Qarabağ danışıqlarında müsbət irəliləyişə gətirməyəcək. Paşinyan daxildə ona qarşı olan güclü müxalifət fonunda substantiv danışıqlardan yayınacaq. Ona görə də Azərbaycan qəti şəkildə Ermənistana bu il şans tanımamalı və elə bir situasiya yaratmalıdır ki, müxalifət və hakimiyyət danışıqlara gedib, kompromisə gəlsinlər”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu