Uşağın it dişləməsindən ölməsinin təfərrüatı: İynə vurulub, poliklinikaya aparılmayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) it dişləməsindən sonra ölən şagirdlə bağlı açıqlama verib.

Qurumdan Oxu.Az-a bildirilib ki, dördüncü sinif şagirdi Ömərov Polad dekabr ayının 29-u saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də yaralıya digər iynələr vurulsun:

“Hadisə barədə Xəzər rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və 26 saylı poliklinikaya məlumat verilib. Uşağın valideynlərinə dəfələrlə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır. Bu gün aldığımız məlumata görə, iki dəfə yaşayış üzrə iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu