İlham Əliyev Devid Con Hörliyə məktub göndərdi

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri cənab Devid Con Hörliyə təbrik məktubu ünvanlayıb.

Məktubun mətnini təqdim edirik:

“Hörmətli cənab General-Qubernator,

Avstraliya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu