Lukaşenko Rusiya ilə bu razılaşmaya izn verdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə qaz tədarükü haqqında razılaşmaya dəyişikliklərə razılıq verib.

Axar.az xəbər verir ki, bu məlumat Belarus Prezidentinin saytında dərc olunan “Beynəlxalq razılaşmalar layihəsi haqqında” sənəddə yer alıb. Yeni sənəddə Belarusa qaz tədarükü və qaz nəqli tariflərinin müəyyənləşdirilməsi yer alıb.

Qeyd edək ki, bundan öncə Lukaşenko Moskvanın Belarusa Rusiyanın daxili qiymətləri əsasında qaz tədarükü həyata keçirmədiyini bildirmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu