5 yaşlı Faiq ölümlə çarpışır: Atası Mehriban xanımdan yardım gözləyir

5 yaşlı Faiq doğulduğu gündən betta-talassemiya xəstəliyindən əziyyət çəkir. Hazırda körpənin vəziyyəti olduqca ağırlaşıb. Hər 5 gündən bir Faiqə qan verilir. Amma qaraciyərində və ürəyində dəmir yığıldığından bədəni daha qanı qəbul etmir. Körpəyə çoxlu qan vurulduğu üçün Hepatit C virusuna da tutulub.

Bu həyəcanlı xəbər sosial şəbəkədə bir neçə gündür paylaşılır. Həyat dolu, gözləri gülən, oyuncağını başının üstündən əskik etməyən, nə baş verdiyini də təbii ki, anlayacaq yaşda olmayan körpə balanın fotoları, görüntüləri ürək dağlayır. Digər tərəfdə isə çarəsiz ata-ana, doğmalar... 
5 yaşlı Faiqin atası Əhədov Pərviz sosial şəbəkə üzərindən vətəndaşlara müraciət edib. Ata donorun artıq tapıldığını və təcili əməliyyata ehtiyac olduğunu bildirib. Əməliyyat üçünsə ailənin maddi dəstəyə ehtiyacı var. Faiqin atası Əhədov Pərviz Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək körpə balanın xilası üçün yardım göstərmələrini xahiş edir. 

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən və profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Bu, ölkənin birinci xanımı Mehriban Əliyevanın talassemiyadan əziyyət çəkənlərin müalicəsinə xüsusi diqqət ayırdığının göstəricisidir. 
Bu sahədə son illər bir sıra islahatlar həyata keçirilib. Ölkə Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1680 nömrəli fərmanı ilə Talassemiya Mərkəzi Publik Hüquqi Şəxs statusu almışdır.
Bu sərəncam Mərkəzin fəaliyyətindən nəinki talassemiyalı xəstələrin, eləcə də onkohematoloji və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın daha səmərəli istifadəsi üçün geniş imkanlar yaradır. 
5 yaşlı Faiqin atası eyni zamanda sosial şəbəkə vasitəsilə hər kəsdən köməyini əsirgəməməyi xahiş edir. Qeyd edək ki, Faiqin əməliyyatı üçün bank hesabı açılıb.
Ödənişləri Milliön-Unibank vasitəsilə həyata keçirmək olar:

Kod: 10420374
Bitmə tarixi: 0123

Əhədov Pərviz

Ümid edirik ki, balaca Faiq bu qorxunc xəstəlikdən xilas olacaq və ölkəmizə, dövlətimizə layiqli vətəndaş kimi böyüyəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu